Azərbaycan Ombudsmanı: Ermənistan təlimlər vasitəsilə uşaqlarda işğalçılıq və nifrət hissləri formalaşdırır
07:16 24.06.2021
Arxiv
393
"Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyinin məlumatına görə, 11-ci sinif şagirdləri üçün hərbi idman düşərgələri adlı pilot proqramı başlayıb".
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Ombudsman Aparatı məlumat yayıb.
"Təqribən 100 şagirdin iştirak etdiyi 12 günlük düşərgənin proqramında uşaqların hərbi münaqişələrdə iştirakı imkanları nəzərdə tutulur. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda dəfələrlə uşaqlardan istifadə etmiş və bu gün də onları işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda tərbiyə edir. Bu kimi təlimlər İŞİD, ASALA, PKK və digər terror qruplaşmaları tərəfindən uşaqların terror və müharibəyə hazırlanması məqsədilə həyata keçirdikləri fəaliyyətə çox yaxındır. Azərbaycan Ombudsmanı da dəfələrlə bu kimi hallarla bağlı öz narahatlığını bildirmiş, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməsi faktını qəti şəkildə pisləmişdir. Belə təlimlər uşaqlarda işğalçılıq, nifrət və digər millətlərə qarşı dözümsüzlük hissləri formalaşdırır. Bu isə Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokolunun tələblərinə tamamilə ziddir", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət