Azərbaycan XİN: "Lapşinin məsələsini siyasiləşdirmək cəhdləri yanlışdır"
15:24 03.02.2017
Arxiv
388
"Bloqqer Aleksandr Lapşinin əməllərində kifayət qədər cinayət tərkibli elementlər olduğuna görə, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açılıb və İnterpol xətti ilə beynəlxalq axtarışa verilib".
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, A. Lapşin vətəndaşlığını daşıdığı ölkələrin xarici siyasət idarələrinin xüsusi xəbərdarlığına baxmayaraq, Azərbaycanın dövlət sərhədlərini pozaraq qanunsuz şəkildə işğal olunmuş ərazilərə səfər edib:
"Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdən və qərəzli şəkildə etdiyini özü etiraf edib. Bloqger və ya jurnalist olmaq heç kimə qanunları pozmaq üçün əsas, yaxud toxunulmazlıq vermir. Ona görə də bu məsələni siyasiləşdirmək və ya ona "söz azadlığı” donu geyindirmək cəhdləri tamamilə yanlışdır. Sırf hüquqi müstəvidə olan bu məsələ ətrafında yaradılmış əsassız səs-küy və diskussiya başadüşülən deyil”.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq hüquqi addımları atıb:
"Bu məsələdə Ermənistanın əsassız və gülünc canfəşanlığı və mövzunu siyasiləşdirmək cəhdləri əslində Ermənistanın güddüyü çirkin məqsədləri ifşa edir. Ermənistan əcnəbi vətəndaşları aldatma və digər yollarla işğal olunmuş Azərbaycan ərazilərinə səfərə sövq edir və sonradan həmin şəxsləri özünün siyasi təbliğat oyunlarının alətinə çevirməyə çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Multikultural ailə mühitində qadın empavermenti – Sürəyya Ağaoğlu
16:57 22.12.2025
Tarix
Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır
16:51 22.12.2025
Dünya
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
16:37 22.12.2025
Rəsmi
Səbuhi Rzayev: Media savadlılığı mövzusu məktəbdən başlayır
16:28 22.12.2025
Media
Cevdet Yılmaz Azərbaycana təşəkkür edib
16:12 22.12.2025
Siyasət
Tatarıstanın Rəisi İlham Əliyevi təbrik edib
15:41 22.12.2025
Rəsmi
David Babayan və Levon Mnatsakanyan məhkəmədə son söz deyiblər
15:17 22.12.2025
Hadisə
Bu ssenari gerçəkləşmədi, İran zərbə endirdi
15:11 22.12.2025
Dünya
İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib
15:04 22.12.2025
Rəsmi
Vens: Ukrayna Donetski itirəcək
14:57 22.12.2025
Dünya
Elman Allahverdiyev Dərbənd şəhərinin rəhbəri təyin edildi
14:49 22.12.2025
Gündəm
Vens: Ukrayna Donetski itirəcək
14:42 22.12.2025
Dünya
Leyla Mizrahi yuxuda vəfat edib, ölüm səbəbi açıqlanıb
14:36 22.12.2025
Şou
Putin MDB ölkələrinə çağırış etdi
14:33 22.12.2025
Dünya
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
14:25 22.12.2025
Rəsmi