Azərbaycan XİN rəhbəri: “Gürcüstanla strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”





 Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşünə prezident İlham Əliyevin noyabrın 6-da Tiflisə planlaşdırılan səfəri müzakirə edilib.
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İ. Əliyevin Tiflisə səfəri zamanı Gürcüstan tərəfi ilə müzakirə oluna biləcək məsələlərdən biri sərhədlərin delimitasiyasıdır:
"Sərhədlərin delimitasiyası üzrə komissiya öz işini davam etdirməlidir. Gürcüstan nümayəndə heyəti mart ayında Bakıda səfərdə olub. Bu ilin sonu və ya gələn ilin əvvəlində məsələ ilə bağlı növbəti görüş keçirilməlidir. Strateji əməkdaşlıqdan danışırıqsa, iki ölkə arasında sərhəd problemi olmamalıdır”.