Azərbaycana qarşı aparılan hibrid müharibə Avropa dəyərlərinə hücumdur - Asim Mollazadə
07:25 27.06.2019
Arxiv
1507
Bu, bir faciədir, azadlığa hücumdur. Azadlıq ölkə üçün çox əzizdir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 20 min vətəndaşı həlak olub. Ölkəmiz torpaqlarının azad olunması uğrunda mübarizə aparır. Ancaq, eyni zamanda, yeni hibrid, informasiya müharibəsinə qarşı mübarizə aparmağa da məcburuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında "Dafne Karuana Qalizianın qətli və Maltada və digər ölkələrdə hüquqi dövlət: bütün həqiqətlərin işıqlandırılmasını təmin etmək” adlı məruzənin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin üzvü Asim Mollazadə söyləyib.
"Rocer Geyl söylədi ki, prinsiplər və dəyərlər satılır. Bu gün prinsip və dəyərlərin satılmasının şahidiyik. Məruzəçi Piter Omziqin Azərbaycana qarşı hücumları yeni hibrid müharibədir. Belə müharibələr daha qorxuludur. Ciddi hadisələrdən, Avropadakı faciədən, jurnalist qətlindən hibrid müharibə kimi digər ölkəyə - Azərbaycana qarşı istifadə edilir”, - deyə A.Mollazadə qeyd edib.
Nümayəndə heyətinin üzvü bildirib ki, məruzənin tərtibindən onun arxasında nə durduğunu, eləcə də P.Omziqin belə fəaliyyətlərə marağının səbəbini aydın görmək olur. Maltalı jurnalistin qətli ilə bağlı təhqiqat aparıldığı kimi, Avropada siyasi korrupsiya ilə bağlı təhqiqat aparılmalıdır.
A.Mollazadə P.Omziqi faciələrdən öz şəxsi məqsədləri üçün istifadə etməməyə çağırıb. Deputat onun Azərbaycana qarşı apardığı hibrid, informasiya müharibəsinin, eyni zamanda, Avropa dəyərlərinə qarşı hücum olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou