Azərbaycanda dəhşətli qəza, ölü və yaralılar var

Dünyasını dəyişənlərdən biri azyaşlıdır




Bakı-Ucar-Qazax magistral yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yolun 281-ci kilometrliyində - Ağdaş rayonu ərazisində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1975-ci il təvəllüdlü Şaiq Zinharovun idarə etdiyi 90-DO-361 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil qarşıdan gələn 1964-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Əliyevin idarə etdiyi 90-DA-851 nömrə nişanlı "VAZ 2106" markalı digər bir avtomobillə toqquşub.

Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü R.Əliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Fəridə Zeynalova, 2002-ci il təvəllüdlü Sabir Yusifzadə və qardaşı 2012-ci il təvəllüdlü Hüseyn Yusifzadə xəstəxanaya yerləşdirilib. Xəsarətləri ağır olan Rəhman Əliyev və Hüseyn Yusifzadə xəstəxanada dünyasını dəyişib.

Dünyasını dəyişən və xəstəxanada olan yaralıların hamısı "VAZ 2106" markalı avtomobildə olan şəxslərdir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.