Azərbaycanda məhkumlara nəzarət üzrə YENİ VƏZİFƏ
10:21 29.06.2018
Arxiv
396
Milli Məclisin bu gün keçirilən cilasında Cəzaların İcrası Məcəlləsinə əlavələr müzakirə olunub.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təklif olunan layihəyə əsasən, Azərbaycan Respublikasının Baş Probasiya (məhkumlara nəzarət) məmuru vəzifəsi təsis edilir. Müvafiq olaraq, yerlərdə Probasiya Xidməti məmurları vəzifəsi fəaliyyətə başlayır.
Layihədə bildirilir ki, Probasiya Xidmətinin məmuru Cəzaların İcrası və İnzibati Xətalar məcəllələri ilə müəyyənləşdirilən vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri də yerinə yetirir:
- icraata daxil olmuş sənədlərin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür;
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərə və onların nümayəndələrinə iş materialları ilə tanış olmağa, onlardan çıxarış etməyə və ya həmin sənədlərin surətini çıxarmağa imkan yaradır;
- üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin müraciətlərinə baxır və müvafiq tədbirlər görür;
- probasiya xidməti və ya qurumun rəhbərinin göstərişlərini yerinə yetirir.
Layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Milli Məclisdə ötən ilin sonunda qanunvericiliyi edilən əlavələrlə cəza çəkən məhkumlara yeni nəzarət sistemi - Probasiya sistemi yaradılıb.
Bu nəzarət azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət