Azərbaycanda polisin mənzilə qanunsuz daxil olmasının qarşısı alınır
19:56 25.01.2016
Arxiv
651
Azərbaycanda polis tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması halları dəyişdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Polis haqqında” qanunun 24-cü maddəsinin 2-ci hissəsinə təklif edilən dəyişikliyə əsasən, həmin hissədə polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması və ya yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olması halları dəyişdirilir.
Belə ki, dəyişikliyə əsasən, hakim qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda daxil ola bilər: şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi; şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi; yaşayış yerində insan meytinin (meyit hissələrinin) olması; yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması; cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə” təqib edilməsi.
Mövcud qanunda isə yuxarıda qeyd olunan hallar aşağıdakı kimidir: mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi; cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi; cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə” təqib edilməsi; mənzildə insan meyidinin olması; mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.
Dəyişikliklər polis əməkdaşlarının qanunsuz olaraq şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmalarının qarşısını almaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi