Azərbaycandakı bir neçə məkan YUNESKO-nun siyahısına namizəd kimi irəli sürüləcək
15:54 27.06.2019
Arxiv
733
Azərbaycandakı bir neçə məkanın YUNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazirin sözlərinə görə, hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: "Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.
Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: "Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.
Nazir əlavə edib ki, YUNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya
Aİ Ermənistanda Rusiyanın təsirini azaltmağa çalışır - Ekspert
15:53 14.07.2026
Gündəm
Bu il Gürcüstandan azı 4 min qanunsuz miqrant deportasiya olunacaq
15:48 14.07.2026
Region
ABŞ İranın iki şəhərini bombaladı
15:46 14.07.2026
Dünya