"Azərbaycandan İŞİD-ə qoşulmalar davam edir"- Təhlükə
14:48 03.02.2017
Arxiv
1448
"Azərbaycanlıların İŞİD-ə dəstək göstərməsi əslində qəribə hadisə kimi qəbul olunmamalıdır".
Bunu Sherg.az-a kriminalist İlqar Altay deyib.
Onun sözlərinə görə, İŞİD elə böyük təbliğat qüvvəsinə malikdir ki, indiyə kimi analitiklər, araşdırmaçılar onların təbliğatları barədə məsələləri ayırd edə bilməyiblər:
"Onların gücü çatır ki, avropalı, ingiltərəli, alman və başqa millətlərin nümayəndələrini də buna cəlb edə bilsinlər. Nəinki yardım mənasında, hətta fiziki baxımdan da həmin vətəndaşların cəlb olunmasından söhbət gedir. Məsələn, Almaniyadan olan alman qız İŞİD-ə qoşulur. İnsanlar həm özləri gedir, həm yardım edirlər. Həmin təbliğata təkan verən səbəblər araşdırılmalıdır. Bu isə çox qlobal səbəblərdir. Həlli isə zaman tələb edir. Azərbaycanlıların terror qruplaşmaları ilə əlaqəsi məsələsinə gəldikdə bununla əlaqədar dövlət və ictimai təhlükəsizlik orqanları da tədbirlər görür. Amma fakt faktlığında qalır ki, İŞİD-ə qoşulmalar davam edir".
İnsanların geniş şəkildə cəlb olunmasının təriqətlərdən başladığını deyən İ. Altay İŞİD-in təbliğatının adi dini təbliğat kimi aparıldığını söyləyib:
"Amma sonradan bu mahiyyətini dəyişməyə başlayır. İnsanlar kiminsə övladının dini ibadətlərə başladığını görür, güman etmirlər ki, bunun arxasında nə isə ola bilər. Amma bu məsələnin sonrasını nəzarətdə saxlamaq mümkün olmur. Həmin insanların hara getməsi, hansı cəmiyyətdə birləşmələri, nəyə qoşulmaları bilinmir. Düzdür, bu faktlara Azərbaycanda ciddi şəkildə rast gəlinir, İŞİD-ə qoşulanlar artır. Burada əsas məsələ onların mütləq bazalarının olmağıdır. Müəyyən işlər görülür bu istiqamətdə. Yaxında da terrorçuların, yəni dini ekspremizmlə əlaqəli insanların zərərsizləşdirilməsi baş verdi. Bunlar üzə çıxarıldıqca aydın olur ki, ölkənin daxilində əli silahlı terrorçular var imiş. Yenə qeyd edirəm, Azərbaycanda məsələ həmin ardıcıllıqla gedir. Əvvəl hər şey insanların dinə cəlb olunması ilə başlayır, sonradan bu dini radikallığa keçir, dini ekstremizmə çevrilir və nəticədə dini əsaslarda olan terrorizm yaranır. Terrorizmin kökü isə İŞİD kimi böyük terrorçu təşkilatların xaricdə geniş fəaliyyətinə gedib çıxır. Bildiyimiz kimi onlar özlərini dövlət kimi aparırlar və insanların şüuruna geniş formada təsir edirlər".
Qeyd edək ki, Moskva Hərbi Məhkəməsi azərbaycanlı Nurlan Hacıyev barəsində hökm çıxarıb.
Məlumata görə, Hacıyev terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Məhkəmə sübut edib ki, Hacıyev "VKontakte” saytında İŞİD üzvləri ilə əlaqəyə girərək onlara maliyyə yardımı edirmiş. Məhkəmənin qərarıyla Nurlan Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Multikultural ailə mühitində qadın empavermenti – Sürəyya Ağaoğlu
16:57 22.12.2025
Tarix
Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır
16:51 22.12.2025
Dünya
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
16:37 22.12.2025
Rəsmi
Səbuhi Rzayev: Media savadlılığı mövzusu məktəbdən başlayır
16:28 22.12.2025
Media
Cevdet Yılmaz Azərbaycana təşəkkür edib
16:12 22.12.2025
Siyasət
Tatarıstanın Rəisi İlham Əliyevi təbrik edib
15:41 22.12.2025
Rəsmi
David Babayan və Levon Mnatsakanyan məhkəmədə son söz deyiblər
15:17 22.12.2025
Hadisə
Bu ssenari gerçəkləşmədi, İran zərbə endirdi
15:11 22.12.2025
Dünya
İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib
15:04 22.12.2025
Rəsmi
Vens: Ukrayna Donetski itirəcək
14:57 22.12.2025
Dünya
Elman Allahverdiyev Dərbənd şəhərinin rəhbəri təyin edildi
14:49 22.12.2025
Gündəm
Vens: Ukrayna Donetski itirəcək
14:42 22.12.2025
Dünya
Leyla Mizrahi yuxuda vəfat edib, ölüm səbəbi açıqlanıb
14:36 22.12.2025
Şou
Putin MDB ölkələrinə çağırış etdi
14:33 22.12.2025
Dünya
Emoməli Rəhmon İlham Əliyevi təbrik edib
14:25 22.12.2025
Rəsmi