"Azərbaycanı böyük güclərin döyüş meydanından bazar əməliyyatları mərkəzinə çevirdik" - Hikmət Hacıyev
07:26 12.06.2019
Arxiv
486
"Azərbaycan müstəqil xarici siyasətə malikdir. Biz xarici siyasətimizi Azərbaycanın milli maraqları üzərində qurmuşuq”.
APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council”də çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan yerləşdiyi çətin coğrafiyada qonşularını anlamağa çalışır və onların da Azərbaycan reallıqlarını anlamasını istəyir:
"Tarixən Azərbaycan böyük güclərin döyüş meydanı olub. Müstəqilliyi qurmaq çətin prosesdir, lakin bunu qorumaq və uğurla aparmaq başqa bir çağırışdır. Azərbaycan bu paradiqmanı dəyişdi və biz Azərbaycanı böyük güclərin döyüş meydanından bazar əməliyyatları mərkəzinə çevirdik. Azərbaycan qonşuları ilə effektiv əməkdaşlığa malikdir.
Azərbaycanın qonşuları ilə münasibətlərdə rəhbər tutduğu əsas prinsiplər bir-birinin daxili işinə qarışmamaq, qarşılıqlı hörmət və qarşılıqlı fayda verən əməkdaşlıq qurmaq və strateji dialoqdur. Kiçik bir ölkə olaraq xarici siyasətdə belə bir balans qurmaq o qədər də asan deyil.
Lakin Azərbaycanın çoxvektorlu xarici siyasətində ən yaxın qonşuları ilə əməkdaşlıq prioritetdir. Həmçinin Azərbaycan bu kontekstdə ABŞ-la yaxşı münasibətlər qurub. Biz etibarlı tərəfdaşıq. Bunu müstəqil, şəffaf və uzaqgörən xarici siyasətlə edirik. Biz heç kəsə yük deyilik. Qarşılıqlı fayda verən əməkdaşlıqdan başqa heç kəsdən heç nə istəmirik.
Bu isə həm Azərbaycan xalqının, həm də bizim tərəfdaşlarımızın maraqlarına uyğundur. Buraya Cənub Qaz dəhlizi və ya Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri daxildir. Cənub-şimal və qərb-şərqi birləşdirən nəqliyyat xətləri regional əməkdaşlıq üçün imkanlar açır. Biz inanırıq ki, ən yaxşı rifah paylaşılan rifahdır. Azərbaycan öz inkişafını qonşuları ilə paylaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə