Azərbaycanın vahid büdcə təsnifatı təsdiq edilib
07:15 15.10.2018
Arxiv
712
Azərbaycanın büdcə gəlirlərinin və xərclərinin funksional, iqtisadi və inzibati təsnifatından ibarət vahid büdcə təsnifatı təsdiq edilib.
"Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar vahid büdcə təsnifatının tətbiqinə 1 yanvar 2020-ci il tarixindən başlayır.
Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar 2020-ci ilin icmal və dövlət büdcəsi layihələri ilə bağlı 2019-cu ildə tərtib edəcəkləri sifarişlərini vahid büdcə təsnifatına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Maliyyə Nazirliyi vahid büdcə təsnifatını dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara elektron və kağız daşıyıcılarda çatdırılmasını təmin etməli, bununla bağlı tələb oluna bilən xərclərin maliyyələşdirilməsi barədə təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməli, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, icmal büdcə ilə əhatə olunan qurumlara vahid büdcə təsnifatının tətbiqi ilə bağlı mütəmadi olaraq metodiki yardımların, təlimlərin və digər zəruri təlimatların göstərilməsini həyata keçirməli, büdcə ili ərzində təşkilatlar yaradıldığı, ləğv olunduğu və yenidən təşkil edildiyi təqdirdə, vahid büdcə təsnifatının "Büdcə xərclərinin inzibati təsnifatı”nda müvafiq dəyişikliklərin aparılmasını həyata keçirməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur