Azərbaycanlı deputat AVRONEST PA-da vəzifəyə seçildi -FOTO
09:48 27.06.2018
Arxiv
345
Brüsseldə AVRONEST Parlament Assambleyasının 7-ci sessiyası keçirilir.
Trend-in məlumatına görə, sessiyada deputat Sahibə Qafarovanın başçılıq etdiyi Milli Məclisin nümayəndə heyəti iştirak edir.
Sessiyada Enerji təhlükəsizliyi komitəsində Milli Məclisin deputatı Tahir Mirkişili və Avropa Parlamentinin deputatı Norika Nikolayln müəllifi olduğu "Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzə müzakirəyə çıxarılıb. Məruzədə dünyada enerjiyə tələbatın getdikcə artması fonunda enerjidən səmərəli istifadə etməyin iqtisadi inkişafa və sosial təhlükəsizliyə gətirib çixaracağı qeyd edilir. Avropa Birliyi üzv ölkələrinin alternativ mənbələrlə enerji ilə təmin olunmasının bütövlükdə regionun enerji xəritəsinə edəcəyi dəyişikliklər də məruzədə öz əksini tapıb. Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti barədə məruzədə xüsusi maddə salınıb, Azərbaycanın enerji səmərəliliyi barədə həyata keçirdiyi layihələr və SOCAR-ın bu sahədə beynəlxalq uğurları ayrıca vurğulanıb. Məruzə Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrini enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə və bu əməkdaşlığın iqtisadi inkişafa çevrilməsinə dəstək verməyə çağırıb.
Sessiyada həmçinin təşkilati məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat