Azərbaycanlı kriminal avtoritetin qatili Moskvada saxlanıldı





2012-ci ildə "Ded Xasan” ləqəbli məşhur kriminal lider Aslan Usoyanın yaxın adamlarından olan kriminal avtoritet İlqar Əliyevi qətlə yetirən killer Moskvada yaxalanıb.
APA-nın xəbərinə görə, bu barədə "İnterfaks” agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
Killerin adı Talıbxanlı Hacıbaba Tahir oğludur. O, 1983-cü il təvəllüdlüdür və Azərbaycanda doğulub.