Azərbaycanlı turistlərə ÇAĞIRIŞ - Bu ölkələrə getməyin!
13:28 10.03.2018
Arxiv
513
Novruz bayramı ərəfəsində ölkəmizə keçən illərə nəzərən daha çox turistin gələcəyi proqnozlaşdırılır.
Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, Azərbaycanda hər il olduğu kimi, Novruz bayramı xüsusi ab-hava ilə keçiriləcək:
"İstər Bakı şəhərində, istərsə də regionlarda keçirilən Novruz bayramı şənlikləri turistlərdə böyük məmnunluq, xoş təəsürat yaradır. Bu bayram əsl xalq bayramıdır. Xüsusilə Orta Asiyadan gələn turistlər haqqında qeyd edə bilərəm ki, həmişə Novruz bayramı barəsində xoş təəssüratlarını qeyd ediblər”.
Müzəffər Ağakərimovun sözlərinə görə, Azərbaycana bayram ərəfəsində ən çox turist İran İslam Respublikasından gəlir: " Düzdür, İranda da Novruz bayramı yüksək səviyyədə keçirilir. Amma odlar yurdumuzda daha maraqlı keçirildiyi üçün iranlı vətəndaşlar da bizim ölkəyə üz tuturlar. Bundan başqa ərəb ölkələrindən, Rusiyadan, Belarusdan, Orta Asiya ölkələrindən xeyli turistin gəlməsi gözlənilir”.
O qeyd etdi ki, Azərbaycanda otellər də bu bayrama xüsusi hazırlaşır: "Otellərimizdə gələn turistlər üçün bütün şərait yaradılıb. Eyni zamanda, turizm şirkətləri də bayrama yüksək səviyyədə hazırlaşır. Turistlər üçün Bakı şəhərində ekskursiyalar təşkil etməyi planlaşdırırlar. Bundan başqa, gələn qonaqları regionlarımıza aparmaq üçün proqramlar hazırlayıblar. Təbii ki, ən əsas diqqət Qəbələ-Şəki, Quba-Qusar regionuna yönəldilib”.
Müzəffər Ağakərimov bildirib ki, bu il də turistlərin sayında artım gözlənilir: "Keçən il ölkəmizə gələn turistlər bayramın Azərbaycanda necə təmtəraqla keçirildiyini qeyd etmişdilər. Əcnəbilər daha çox ailəvi .əkildə bayramı ölkəmizdə qeyd etməyi sevirlər. Dediyim kimi, otellərimizdə də hər cür şərait yaradılıb. Bu il də ölkəmizə kifayət qədər turist gəlişi gözlənilir”.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının da müəyyən hissəsi istirahət günlərini xaricdə keçirməyi planlaşdırır:
"Regionlarımızda istirahət etmək istəyən həmyerlilərimiz üstünlük təşkil edir. Daxili turizm Azərbaycanda ildən- ilə inkişaf edir. Regionlarda istirahət etmək onlar üçün daha sərfəlidir. Həm maddi cəhətdən, həm də ölkəmizin stabil, sakit olması səbəbilə. Ancaq xarici ölkələrdə istirahət etməyi nəzərdə tutan həmyerlilərimiz də var. Çexiya, Macarıstan, Bolqarıstan, Türkiyə, BƏƏ və başqa ölkələrə səyahətə gedənlərin sayı az deyil”.
Müzəffər Ağakərimov hərbi münaqişələrin baş verdiyi ölkələrə səyahət etməməyi məsləhət görür: "Yaxın Şərq ölkələri, Misir, Liviya və bu kimi terrorizmin tez-tez baş verdiyi ölkələri qeyd edərdim. Ancaq nisbətən stabil, təhlükədən uzaq olan ölkələrə getmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət