Babasının etdiyi ağılına gəldi və zəngin oldu!

Bu satışdan 1 milyon 250 min dollar pul qazandı
Belçikalı Dominique Persoone, icad etdiyi şokolad iyləmə aparatı sayəsində varlandı.
İcad etdiyi aparatın birini 50 dollardan satan Belçikalı ixtiraçı, bu satışdan 1 milyon 250 min dollar pul qazandı. Dominique Persoonenin onu zəngin edən aparatı tapma hekayəsi də bir xeyli maraqlıdır. Babasının burnuna burunotu iylədiyini xatırlayan adam bu işin cihazını etməyə qərar verib. Bu fikri yaxınlarıyla paylaşan Persoone, müxtəlif maneələrlə qarşılaşıb. Hər kəs adamın dəli olduğunu və belə bir cihazı kimsənin almayacağını sanıb. Dominique Persoone, deyilənlərə qulaqlarını bağlayıb, şokolad iyləmə cihazını hazırlayıb. Cihazın yanına da, nanə, zəncəfil və başqa otların qarışığından ibarət olan şokolad tozu yerləşdirib. Bu tozu burnuna çəkənlərdə qısa müddətdə xoşbəxtlik hissi yaranır. Bu icada ‘Şokolad Shooter’ adını verdiyi işə tələblər gəlməyə başlayıb. İnternet vasitəsi ilə satışlar təşkil edən adam 3 ayda 25 min məhsulunu satışa çıxarıb. O indi bu cihazın milyonlarla satılacağına inanır.