BAĞÇA - Tərbiyə ocağı, yoxsa işgəncə məngənəsi ? - Vəkil və təhsil eksperti danışır
09:04 27.06.2018
Arxiv
647
Sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi isə məlum hadisəni təkzib edərək, onun üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib. Hadisənin müzakirələrə səbəb olmasından sonra uşaq bağçasında körpənin xəsarət almasına görə, iki nəfər işdən çıxarılıb, bağça müdirinə isə töhmət verilib.
Xatırladaq ki, son bir neçə ay ərzində yayılan ilk belə hadisə deyil. Sosial şəbəkələrdə və mətbuatda körpələrin döyülməsi, tərbiyəçilərin uşaqlarla kobud rəftarı barədə tez-tez xəbərlər, video materiallar yayımlanır. Övladlarını bağçalara qoymağa məcbur qalan valideynlər isə, bu kimi xoşagəlməz hallardan xilas olmaq üçün müxtəlif çıxış yolları axtarırlar.
Yaranmış vəziyyət barədə "Sherg.az”a danışan vəkil İradə Cavadova uşaq bağçalarında xoşagəlməz hadisələrin olmaması, tezliklə aşkara çıxarılması üçün təhlükəsizlik kameralarının quraşdırılmasını vacib hesab edir.
O diqqətə çatdırıb ki, insanlar övladlarını dayələrə, uşaq bağçalarına əmanət edərkən ciddi narahatlıq keçirirlər:
"Bu problem isə tək Azərbaycanda deyil. Dünya mətbuatında da tez-tez belə hadisələrə rast gəlirik. Tərbiyəçilərin, dayələrin uşaqla kobud rəftarını isə ancaq kamera görüntüləri olduqda sübut etmək olur.
İddialar sübut olunarsa, hansısa tərbiyəçi, müəllim uşağa damğa vurubsa, bu, cinayətdir. Araşdırma aparılıb, məsələ sübuta yetirilərsə, valideyn şikayət edərsə, cinayət işi açılmalıdır. Valideynlər həqiqətən uşağa fiziki zərər yetirildiyini düşünürsə, bağçanın tabe olduğu quruma, prokurorluğa, məhkəməyə müraciət edə bilər. Bu çox ciddi problem olduğuna görə, araşdırmanın aparılması mütləq vacibdir”.
Tanınmış təhsil eksperti Nabatəli Qulamoğlu isə uşaq bağçalarının mahiyyət etibarı ilə pedaqoji sahə olduğunu vurğulayıb. Ekspertin sözlərinə görə, rəsmiyyətdə İcra Hakimiyyətinə tabe olduğu üçün, administrativ sahə hesab olunur:
"Bakı şəhərində yerləşən uşaq bağçaları pedaqoji sahəyə nəzarət edən Təhsil Nazirliyinin deyil, Bakı Şəhər İcra Hakimiyyətinin idarəsindədir. Uşaqların döyülməsi məsələsinə gəlincə, azyaşlıya heç bir müəllim cürət edib, damğa vuracaq qədər xəsarət yetirə bilməz. Buna ancaq müəssisə rəhbəri cürət edə bilər. Çünki bağça müdirləri yuxarıdan təyin edilmiş şəxslərdir. Ona görə, özlərini cəzasız hesab edirlər. Sanki bağçalar bu rəhbərlərin atasının mülküdür və istədiklərini edə bilərlər. Problem yarandıqda isə onları təyin edən şəxsin üstünə qaçırlar.
Konkret hadisənin necə baş verməsini dəqiqliklə bilmədiyimiz üçün fikir yürütməkdə çətinlik çəkirəm. Amma ümumi olaraq vəziyyət budur. Bağça müdirləri məktəb direktorları kimi özlərinə arxayındırlar, düşünürlər ki, onların arxasında güc dayanır. Ona görə, zaman-zaman anti-pedaqoji hərəkətlərə yol verirlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat