Bakı 12 zonaya bölündü
22:00 08.01.2016
Arxiv
1179
Ev satışında fərqli vergi alınacaq
Yanvarın birindən mənzil satışında sadələşdirilmiş vergi tətbiq olunur. Yəni, evini aldığı vaxtdan 5 il müddət ərzində satanlar mənzilin ölçülərinə və zona əmsalına uyğun vergi verməlidir.
Xezerxeber.com-un məlumatına görə, artıq Bakı üçün həmin zonaların sərhədləri müəyyənləşib. Həmin əraziləri təqdim edirik. Bakıda ən yüksək vergi birinci zonaya şamil edilib. Bura Əl Oyunları Stadionundan Azneft meydanına qədər ərazi, İstiqlaliyyət, Nizami, Rixard Zorge və onlara yaxın digər mərkəzi küçələr daxildir. 1-ci zonanın əmsalı 4-dür.
2-ci zonanın sərhədləri Nizami küçəsindən başlayaraq, şimal və qərbə doğru uzanır, metronun "28 May” stansiyası və Dəmir Yolu Vağzalını əhatə edir.
3-cü zonaya Şəhidlər Xiyabanı ətrafından Yasamal rayonunun cənub hissəsi, Nərimanov rayonu- Dərnəgül şosesi istiqamətinə qədər olan ərazilər daxildir. 4-cü zona Yasamal rayonunun şimal hissəsini əhatə edir. 5-ci zonaya Yasamal rayonunun şimal-şərq hissəsi aid edilib. 6-cı zona Yasamal, Nəsimi və Nərimanov rayonlarının kəsişdiyi əraziləri əhatə edir ki, bu da başlanğıcını Tbilisi prospektindən götürərək Koroğlu metrostansiyanına qədər uzanır. Bura Nizami rayonunun cənub istiqaməti, Qara Qarayev prospekti ilə metronun "Xalqlar Dostluğu” stansiyanın ərazisinə qədər olan hissə də aiddir. 7-ci zona metronun "20 yanvar” stansiyanın ətrafından başlayır, Nərimanov, Binəqədi və Nizami rayonlarının kəsişdiyi əraziləri əhatə edir. 8-ci zona Dəniz vağzalı ətrafından Xətai, Nizami rayonları və Sabunçu dairəsindən keçməklə Suraxanı rayonunun sərhədlərinə qədər uzanır.
Verginin məbləği alqı-satqı vaxtı notariusda hesablanıb ödənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat