Bakı-2019: Cüdoçularımızdan biri finala yüksəldi, ikisi bürünc üçün güləşəcək
11:43 25.07.2019
Arxiv
456
Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdo yarışları davam edir.
APA -nın məlumatına görə, ikinci yarış günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.
Onlardan biri finala yüksəldiyi halda, digər ikisi bürünc medal üçün qüvvəsini sınayacaq.
Cüdoçularımızdan Aytac Qardaşxanlı (57 kq) ilk görüşündə Eirka Vauhkonenlə (Finlandiya) üz-üzə gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, startda olduğu kimi, 1/8 və 1/4 finalda da ipponla qalib gəlib. A. Qardaşxanlı müvafiq olaraq, İsobel Kitçen (Böyük Britaniya) və Florentina İvaneskunu (Rumıniya) da vaxtından əvvəl məğlub edib.
Həmyerlimiz yarımfinalda rusiyalı Kseniya Qalitskaya ilə güləşib və uğurlu seriyanı davam etdirə bilməyib. O, mübarizəni 3-cü yer uğrunda davam etdirəcək. Təmsilçimizin rəqibi almaniyalı Samira Bok olacaq.
Vüqar Talıbov (73 kq) da ilk iki görüşündə asan qələbə qazanıb. O, 1/8 finalda belaruslu Denis Yavseyenkanı 93, 1/4 finalda Adam Kopeçkunu (Çexiya) 38 saniyəyə məğlub edib.
Festivalda millinin bayraqdarı olan cüdoçu final üçün türkiyəli Musa Şimşəklər qarşılaşıb. Bu dəfə 27 saniyəyə ipponla qalib gələn idmançı həlledici görüşdə yüksəlib.
66 kq çəki dərəcəsində qüvvəsini sınayan Mətin Rzazadə debütdə Elquya Şinçaraşvilini (Gürcüstan) ippona salsa da, 1/4 finalda Sayxan Şabixanova (Rusiya) uduzub.
Cüdoçumuz təsəlliverici görüşdə kosovolu Festim Beqiri ilə gücünü yoxlayıb. Rəqibindən üstün olan M. Rzazadə bürünc medal üçün macarıstanlı Daniel Şeqedi ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycan cüdoçuları 1 gün öncə 1 qızıl və 2 bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat