Bakı Dövlət Universiteti müsabiqələrin vaxtını uzatdı
13:05 01.08.2019
Arxiv
3844
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar elan edilən “BDU xatirələrdə”, “BDU-nun ən yaxşı yubiley loqosu” və Rəsm müsabiqələrinin vaxtı sentyabrın 30-dək uzadılıb.
Bu barədə "Sherg.az"a universitetin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “BDU xatirələrdə” adlı yazı müsabiqəsində universitet məzunları təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.
“BDU-nun ən yaxşı yubiley loqosu” adlı müsabiqəyə təqdim olunan işlər müasir və beynəlxalq standartlara cavab verməli, dizaynda 100 illik fəaliyyət əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən və digər loqoların əsas elementlərini təkrarlamayan orijinal nümunələr təqdim olunmalıdır.
Rəsm müsabiqəsi üçün təqdim olunan əsərlər isə yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənilə bilər. Rəsm əsərlərinin məzmunu universiteti əks etdirməlidir.
Qeyd edək ki, bu müsabiqələrdən əlavə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi və KİV nümayəndələri üçün «100 ilin zirvəsində» adlı müsabiqə də elan edilib.
Müsabiqə qaliblərini Münsiflər Heyəti məyyən edəcək. Qaliblər Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının forumuna və yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi onları diplom, sertifikat və hədiyyələrlə mükafatdırlacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət