Bakı metrosunda intihar edən şəxsin qardaşı Bakıya çağırılıb
12:35 14.01.2016
Arxiv
562
Dünən Bakı metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən 34 yaşlı Qoşqar Aşurovun bu əməli borca görə törətdiyi məlum olub. Lent.az-ın məlumatına görə, Q.Aşurovun hər hansı banka və ya kredit təşkilatına deyil, tanışlarından birinə 1200-1500 manat miqdarında borcu olub. Son vaxtlar işsiz qalan Qazax sakini həmin pulu toplayıb qaytarmaqda çətinlik çəkirmiş və nəhayət intihara əl atıb.
Q.Aşurov daha əvvəl fəhləliklə ailəsini dolandırırmış.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır.
*****
13 yanvar, 15:09
Bu gün Bakı Metropoliteninin "Əhmədli" stansiyasında özünü qatarın altına ataraq intihar edən şəxslə bağlı bəzi məqamlar məlum olub.
Lent.az-ın əldə etidiyi məlumata görə, intihar edən 34 yaşlı Qoşqar Aşurov əslən Qazax rayonundandır və bu rayonda qeydiyyatdadır. O, bir neçə il əvvəl ailəsi ilə birgə Bakıya işləməyə gəlib və burada kirayə yaşayırmış. Bir müddət əvvəl isə Q.Aşurov işsiz qalıb.
Q.Aşurovun əksər qohumları rayonda yaşadığı üçün onun barəsində hələlik dolğun informasiya almaq mümkün olmayıb. Onun qardaşı Bakıya çağırılıb.
Hadisənin baş vermə şəraitinə gəlincə, bu gün saat 11 radələrində Q.Aşurov metronun "Əhmədli" stansiyasında platformada olarkən qəfil hərəkətlə özünü yaxınlaşan qatarın altına atıb. Stansiyada xidmət aparan polis və qatarı idarə edən maşinist onun intiharına mane ola bilməyib. Hadisə vaxtı o qədər dəhşətli mənzərə yaranıb ki, stansiyada olan bəzi sərnişinlər və meyiti götürmək üçün aşağı düşən əməkdaşlar ağır sarsıntı keçirib.
*****
13 yanvar, 12:00
Metroda intihar edən şəxsin adı açıqlanıb. "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, intihar edən 1982-ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğludur.
***
Bakı metrosunda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin "Əhmədli” stansiyasında qeydə alınıb.
40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat