Odessa qubernatoru Kiyev və Bakı arasında körpü rolunu oynaya bilər
Bakı Ukraynanın yolunu açacaq
20:34 21.01.2016
Arxiv
712
Saakaşvilinin Azərbaycan hakimiyyəti ilə çox yaxşı münasibətləri var
Odessa qubernatoru Kiyev və Bakı arasında körpü rolunu oynaya bilər
Odessa qubernatoru Kiyev və Bakı arasında körpü rolunu oynaya bilər
Ukrayna Asiya bazarına çıxış üçün yeni marşrutdan istifadə edəcək. Bu günlərdə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutu üzrə ilk sınaq reysi Odessa vilayətindəki İliçevski limanından həyata keçirilib.
Konteyner qatarının yola salınma mərasimində Ukraynanın infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus, baş nazirin müavini Gennadi Zubko, Odessa rayon administrasiyasının rəhbəri Mixail Saakaşvili kimi rəsmilər iştirak edib.
Layihənin reallaşmasının zəruriliyindən danışan M.Saakaşvili marşrutla bağlı fikirlərini bölüşərək bu barədə ilk müzakirələri Azərbaycan Prezidenti ilə apardığını vurğulayıb: "2014-cü ildə artıq Gürcüstan Prezidenti olmayanda bu məsələnin ətrafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müzakirə etmək imkanım oldu. Biz danışdıq ki, Ukrayna marşrutunu işə salmaq lazımdır. Onda hələ Ukraynaya gəlməmişdim. Amma inanırdım ki, həmin marşrut çox perspektivlidir”.
Qeyd edək ki, sözügedən marşrutun uzunluğu 5471 km-dir. Bu marşrut "İpək yolu”nun yeni istiqaməti olacaq və Rusiyadan yan keçməklə Ukraynadan yüklərin Mərkəzi Asiya bazarına alternativ olaraq çatdırılmasına xidmət göstərəcək. Bura Qara və Xəzər dənizindəki bərələr daxildir (Odessa-Batumi və Ələt-Aktau-Port) və o, ənənəvi quru marşrutu ilə müqayisədə rəqabətli olmalıdır. Yanvarın 14-də Ukrayna, Azərbaycan, Qazaxıstan və Gürcüstan rəqabətqabiliyyətli, güzəştli tariflərlə yük daşınması üçün bu nəqliyyat marşrutu üzrə protokolu imzalayıb. Bu arada qeyd edək ki, M.Saakaşvilinin yay aylarında Bakıya səfər edəcəyi bildirilir.
Məlum layihə və qubernatorun Bakı səfərini şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, bu, Ukrayna üçün yaxşı variantdır: "Saakaşvili Azərbaycan hakimiyyəti ilə çox yaxşı münasibətlərə malikdir. O, Ukrayna və Azərbaycan arasında körpü rolunu oynaya bilər. Artıq Ukrayna məhsulları dəmir yolları vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiyaya çatdırılacaq”.
Qaz məsələsinə gəlincə, ekspert vurğulayıb ki, Azərbaycan rəsmi Tiflisin hazırkı siyasətindən razı deyil: "Ona görə ki, bu ölkə Azərbaycan qazından imtina edib, Rusiyadan qaz almaq istəyir. Ola bilsin ki, M.Saakaşvili indiki məqamlardan özü üçün istifadə etmək istəyir. Saakaşvili qazın Azərbaycandan alınmasının tərəfdarıdır. Gürcüstan müxalifəti də hökumətin qazla bağlı addımını dəstəkləmir. Görünür, Saakaşvili bundan faydalanmağa çalışır. Bəlkə də gələcəkdə Gürcüstana qayıtmaq planları var. Düşünürəm ki, Saakaşvilinin nəzərdə tutulan səfərində Odessa ilə Bakı arasındakı münasibətlərin inkişafı məsələsi gündəmə gələ bilər. Yəqin ki, Azərbaycanı Odessaya yatırım qoymağa dəvət edə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət