Bakıda 14 yaşlı qızın toyu baş tutmadı: Hamiləlik faktı, "bəy" həbs edildi
12:13 28.06.2018
Arxiv
415
Lerik sakini Mirtəmən Sadıqovun Bakıda yetkinlik yaşına çatmamış qızı Leyla Sadıqovanın anası tərəfindən ərə verilməsi ilə bağlı yaydığı video müraciətdən sonra Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən araşdırmaya başlanılıb. 14 yaşlı Leyla Sadıqovanın 2 aylıq hamilə olduğu müəyyənləşdirilib, qızın nişanlısı Arzuman Həsənov saxlanılıb. Lent.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Arzuman Həsənova qarşı Cinayət Məcəlləsinin 152.2 maddəsi ilə (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi başlanılıb. Dünən-iyunun 27-də qızın anasından və Mirtəmən Sadıqovdan izahat alıb.
Mirtəmən Sadıqov isə bildirib ki, Leylanın öz atası deyil, keçmiş həyat yoldaşının birinci nikahdan olan övladıdır. Amma 6 aylıqdan uşağa özü baxıb, ona adını, soyadını verib. Leylanı doğma övladlarından ayırmayıb.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi də Bakıda 14 yaşlı qızın ərə verilməsi cəhdi ilə əlaqədar araşdırmalara başlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyib ki, araşdırmanın nəticələri ilə bağlı məlumat veriləcək.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə qızların anadan alınaraq sığınacağa verilməsi ilə bağlı dövlət orqanlarına müraciət edib. Onun sözlərinə görə, uşaqlar məktəbdən yayındırılaraq fermada çalışdırılıb. Uşaq əməyinin istismarı faktı olduğundan ana məsuliyyətə cəlb edilməlidir.
Xatırladaq ki,14 yaşlı Leyla Sadıqovanın atası Mirtəmən Sadıqov qızının keçmiş həyat yoldaşı Əminə Məmmədova tərəfindən ərə verilməsi ilə bağlı video müraciət yaymışdı. Prezidentə, dövlət orqanlarına müraciət edən ata toyun baş tutmasına mane olmaq üçün köməklik istəmişdi.
Ötən gün Suraxanı rayonu İcra Hakimiyyətinin azyaşlılar və yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyasının əməkdaşları Hövsanda 14 yaşlı qızın toyunun təyin olunduğu şadlıq sarayında olublar və iyulun 1-nə təyin edilmiş toyun keçirilməsinin qanunsuz olduğunu onlara çatdırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət