Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və digərləri özlərini təqsirli biliblər
09:04 12.11.2018
Arxiv
721
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə hər üç şəxs özünü təqsirli bildiyini deyib.
Daha sonra şahid qismində İlahə Müzəffərova ifadə verib. O, təqsirləndirilən şəxslərdən T.Bağırova ilə A.Əliyevaya bağçada işə düzəlmək üçün 1000 manat pul verdiyini deyib.
T.Bağırova şahidin dediklərini təsdiqləyib. O, İ.Müzəffərovanın pulunu geri qaytaracağını söyləyib.
Zərərçəkmiş Rumiyə Qasımova dindirilərkən T.Bağırova ilə A.Əliyevaya işə düzəlmək üçün 3500 manat pul verdiyi qeyd edib. O söyləyib ki, bağçada 1 ay işləyib, 500 manat əmək haqqını ala bilməyib.
Digər zərərçəkmiş Mehparə Sarıyeva ifadəsində qeyd edib ki, o da işə düzəlmək üçün T.Bağırova ilə A.Əliyevaya 3500 manat pul verib, 4 ay da pulsuz çalışıb. Zərərçəkmiş, ümumilikdə, 5100 manat ziyana düşdüyünü deyib.
Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib.
İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Almaniya Rusiya ilə mümkün müharibəyə hazırlaşır
08:58 27.10.2026
Dünya
“Bitcoin”in qiymətində nisbi artım müşahidə olunub
08:37 27.10.2026
İqtisadiyyat
2027-ci il nə ilidir? - Şərq təqvimi açıqlandı
07:49 27.10.2026
Sosial
Mayk Tayson “Tuzlu Kahvede"
07:17 27.10.2026
Şou
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region