Bakıda 5 günlük uşağı küçəyə atdılar





Paytaxtda yenicə doğulmuş uşağı küçəyə atıblar.

Qafqazinfo-nun  məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Sulutəpə qəsəbəsində sakinlər R.Allahverdiyev küçəsindən bükülü vəziyyətdə olan atılmış 5-6 günlük oğlan uşağı tapıblar.

Yeni doğulan körpə 1 saylı Körpələr Evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.