Bakıda ata qızından polisə şikayət etdi

Qızı təqaüd kartını oğurlayaraq hesabından 425 manat pul çıxarıb






Bakıda 81 yaşlı kişi qızından polisə şikayət edib.
Milli.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

A.Məmmədov küçəsində yaşayan, 1934-cü il təvəllüdlü Əli Nağıyev bildirib ki, onunla birgə yaşayan qızı, 1970-ci il təvəllüdlü Natəvan onun pensiya kartını oğurlayıb.

Ə.Nağıyev qeyd edib ki, qızı onun Kapital Banka məxsus təqaüd kartını oğurlayaraq hesabından 425 manat pul çıxarıb.

Araşdırma aparılır.