Bakıda avtomobillərin parklanması avtomatlaşdırılır - YENİLİK
08:06 13.04.2018
Arxiv
805
Ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək
"Bakıda avtomobillərin parklanma prosesi tam avtomatlaşdırılacaq".
Bunu "APA-Economics"ə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib. Onun sözlərinə görə, hazırda BNA-nın əməkdaşları xarici mütəxəssislərlə birlikdə parklanma ilə bağlı vəziyyəti öyrənmək üçün araşdırmalara başlayıb. V.Kərimli bildirib ki, araşdırmalardan sonra parklanma ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.
"Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına dair toplantısında cənab prezidentin vurğuladığı kimi ümumilikdə şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Burada bütün digər qurumlar da bir-birinə dəstək olmalıdır. Çünki, nəticə etibarı ilə bizim vətəndaşlarımız, Bakı sakinləri - müəllimi də, tələbəsi də, naziri də yollardan istifadə edir. Bizim araşdırmalar nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki, parklanma tam avtomatlaşdırılmış olsun. Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın. Eyni zamanda, parklanma bir mədəniyyətdir. Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik. İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək lazımı ünvana yürüyərək getsinlər. Araşdırmalarımızdan sonra ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək, ehtiyac olmadığı halda mövcud olanlardan istifadəni təşviq etməliyik", - deyə V. Kərimli vurğulayıb.
Müsahibənin tam mətni bir qədər sonra sayta yerləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya