Bakıda holdinq rəhbəri tutuldu
10:15 18.11.2015
Arxiv
452
Külli miqdarda vəsait mənimsəyib
Bakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1949-cu il təvəllüdlü Müstəcəb Səfərov tutulub.
Qeyd edək ki, bu ilin fevralında Baş Prokurorluq Müstəcəb Səfərovun qanunsuz hərəkətləri ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində M.Səfərov barəsində cinayət işi açılıb. İstintaq zamanı Müstəcəb Səfərovun "İqtisadi Əlaqələr” Holdinqinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək Bakı şəhərində inşa edilmiş çoxmərtəbəli binada birotaqlı mənzili adı açıqlanmayan Bakı sakininin adına rəsmiləşdirəcəyini yalandan vəd etdiyi üzə çıxıb.
M.Səfərov bundan başqa, Quba rayonunda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tenderi "REK Holdinq”ə satacağını, habelə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək Zaqatala rayonunda zəlzələdən qəzalı vəziyyətə düşmüş evlərin təmiri işini "Hüseyn-T” şirkətinə həvalə etdirəcəyini yalandan vəd edərək ümumilikdə 61 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.
Bu faktlara görə ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq dövründə vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ankarada zəlzələ olub
19:27 12.03.2026
Hadisə
Rusiya neftinə sanksiyalar ləğv edilməyəcək - ABŞ
19:19 12.03.2026
Dünya
NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan
19:00 12.03.2026
Dünya
Maduro həbsxanada qışqırır: Mən prezidentəm...
18:42 12.03.2026
Dünya
Rusiya vətəndaşlarını Almaniyaya səyahət etməkdən çəkinməyə çağırıb
18:27 12.03.2026
Dünya
Yaxın Şərq 30 dəqiqəyə qaranlığa qərq olar - Laricani
18:03 12.03.2026
Dünya
Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei
17:56 12.03.2026
Dünya
ÜST rəhbəri: BMT-də islahatlar aparılmalıdır
17:49 12.03.2026
Siyasət
Kris Rayt: ABŞ Rusiya neftinə qarşı sanksiyaları ləğv etməyəcək
17:12 12.03.2026
Gündəm
Azərbaycan qlobal dialoqun mərkəzi oldu - ŞƏRH
17:03 12.03.2026
Gündəm
Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq
16:55 12.03.2026
Gündəm
Dövlət pulsuz təhsil verir, amma kurslar ailələri soyur - Ekspert
16:22 12.03.2026
Gündəm
Teleqram hətta VPN vasitəsilə də işləməyəcək
16:09 12.03.2026
Texnologiya
Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək
15:58 12.03.2026
Ölkə