
Bakıda küçədə ölən jurnalistin qardaşından iddia: "Onu vurublar"
11:47 17.01.2016
Arxiv
474

Dünən "Respublika” qəzetinin əməkdaşı küçədə müəmmalı şəkildə dünyasını dəyişib.
ANS TV-nin məlumatına görə, günorta saatlarında Elmlər Akademiyasının yerləşdiyi inzibati binasının qarşısında ölən şəxs "Respublika” qəzetinin baş redaktorunun müavini 64 yaşlı Sabir Mustafayevdir. Küçədə qəfildən yıxılan jurnalistin döyülərək öldürüldüyü iddia edilir. Mərhumun qardaşı Səxavət Mustafayev onun ədavətdə olduğu şəxs tərəfindən öldürüldüyünü bildirib.
Şahidlərin verdiyi məlumata görə, Sabir Mustafayev parka qaçaraq gəlib. Bu zaman baş verənlərin yaxınlıqda olan təhlükəsiz şəhər kameralarında görüntüləndiyi də ehtimal olunur. Hadisə yerinə polis əməkdaşları, kriminalist ekspertlər cəlb edilib. Meyitin üzərinə ilkin baxış keçirilib. Onun yıxılaraq dünyasının dəyişdiyi güman olunur.
Yasamal rayon prokuroru, eləcə də "Respublika” qəzetinin baş redaktoru və əməkdaşları da hadisə yerində olublar. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiziasına aparılıb. Sabir Mustafayevin, deyildiyi kimi, başqası tərəfindən öldürüldüyü və ya qəfildən səhhətinin pisləşməsi səbəbindən dünyasını dəyişdiyi aparılan istintaq araşdırmalarından sonra müəyyənləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət