Bakıda ölümlə nəticələnən qəzaların ƏSAS SƏBƏBİ açıqlandı
14:27 03.08.2019
Arxiv
442
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakının bəzi ərazilərində ölümlə nəticələnən yol qəzalarının səbəbini açıqlayıb.
"Sherg.az"ın məlumatına görə, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına qədər olan hissəsində baş vermiş yol nəqliyyat hadisələri narahatçılıq doğurduğundan ərazi təhlil edilib və qəzaların baş vermə səbəbi kimi bir sıra problemlər qeydə alınıb.
Problemlərdən biri prospektin Böyükşor yol qovşağından Sabunçu yol qovşağına qədər olan hissəsində ayırıcı zolaqda təhlükəsizlik sədlərinin olmamasıdır. Nəticədə idarəetməni itirən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxır və ağır qəzaların baş verməsinə səbəb olur. Qeyd edək ki, yolun əks istiqamətinə çıxmaqla törədilən yol nəqliyyat hadisələrində ölüm riski digər yol nəqliyyat hadisələrindən 3 dəfə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, son 1 ay ərzində bu ərazidə Agentlik tərəfindən qeydə alınmış bu tip hər iki yol nəqliyyat hadisəsi ölümlə nəticələnib;
BNA-nın təhlilinə əsasən, digər problem yolda sürət həddinin yüksək olmasıdır. Hal-hazırda Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Mərdəkan yol qovşağına kimi olan əksər hissəsində sürət həddi ilk iki zolaqda 120 km/saat müəyyən edilmişdir. Bu da yüksək sürət halında sürücülərin bir çox vəziyyətlərdə qeyri-peşəkarlıqları nəticəsində idarəetməni itirmə risklərinin artmasına səbəb olur.
Sürücülərin ara məsafəsini gözləməməsi də qəzalara səbəb olan əsas məsələlərdən bidir. Nəticədə sürücülər yolda baş verən hadisələr və qabaqlarına çıxan maneələrə lazım olan kimi reaksiya verə bilmirlər. Məsafənin sürücünün reaksiya müddəti ilə mütənasib olmaması zəncirvari qəzaların baş verməsinə səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət