Bakıda özəl klinikanın qarşısında FACİƏ - AÇIQLAMA - YENİLƏNİB
07:17 28.06.2018
Arxiv
575
Xəbər verdiyimiz kimi, Bakıda özəl klinikalardan birinin qarşısında faciəvi hadisə baş verib. "Yeni Med” klinikasından Lent.az-a bildirilib ki, çəkilən video ölüm hadisəsindən sonra lentə alınıb: "Vətəndaş orada yıxılanda hadisə yerində heç kim yox idi, yalnız bir-iki nəfər var idi. Yardıma da ilkin olaraq bizim klinikanın tibbi personalı çıxıb. Həmin şəxsin nəbzini ölçdük, sıfır idi, gözündə kontakt yox idi və infarkt keçirmişdi. Biz onun həyat yoldaşına və təcili tibbi yardıma zəng vurduq. Bundan sonra küçədən keçən insanlar yığışdılar. Ona masaj etdilər. Amma bu olmazdı. Çünki, infarkt keçirən adamı ümumiyyətlə tərpətmək olmaz. 1 saat ərzində təcili yardıma zəng vurduq, cavab verdilər ki, gələ bilmirik, yollar tıxacdır. Ona görə də təcili yardım gəlib çıxa bilmədi”.
Klinikadan onu da dedilər ki, yolda keçinən adama heç kim müdaxilə etmək olmaz: "Yalnız təcili yardım gəlib, ölüm təsdiqini verib aparmalıdır. Diaqnoz qoyulanda da deyiblər ki, həmin şəxs artıq neçə saatdır ki, keçinib. Diaqnozu da infarktdır. Bu videonun ikinci hissəsidir və onun birinci hissəsi də olmalıdır. Təzyiq ölçülən, nəbz yoxlanan, iynə vurulan vaxtı. Biz üç nəfər çıxıb ilkin yardım etməyə çalışmışıq. O nəfəs almırdı, göm-göy göyərmişdi. Amma bu görüntülər çəkilməyib”.
*****
9:55
Bakıda özəl klinikalardan birinin qarşısında faciəvi hadisə baş verib. Lent.az xəbər verir ki, sosial şəbəkələrdə metronun "20 Yanvar” stansiyasının yaxınlığındakı "Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb.
Hadisə şahidinin sözlərinə görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün müraciət etsələr də, ilkin tibbi yardım edən olmayıb.
Ürəyi dayanan kişiyə ilkin tibbi yardımı vətəndaşlar göstərib, ancaq bunun köməyi olmayıb.
Bundan sonra onlar təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparsalar da, kişi yolda keçinib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət