Bakıda Pakistan vətəndaşına qarşı quldurluq edilib




Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

APAxəbər verir ki, hadisə 28 may küçəsində qeydə alınıb.

Belə ki, Pakistan vətəndaşı olan turist "Pizza-Inn" restoranından çıxarkən qəfildən naməlum şəxs onun qarşısını kəsib və bıçaqla hədə-qorxu gələrək əlindəki çantanı alıb. Çantanın içərisində pul və sənədlər olub.

Bununla bağlı Nəsimi Rayon Polis İdarəsi araşdırma aparır.Hadisıni törədən şəxs restoranın kameraları vasitəsilə qeydə alınıb.