Pənah Bağırovu öldürən şəxslər onun telefonunu aparıblar
Bakıda Taxıl Kombinatının direktorunu evində öldürdülər
21:27 08.01.2016
Arxiv
877
Qətlə yetirilən direktorun evi darmadağın edilib
Pənah Bağırovu öldürən şəxslər onun telefonunu aparıblar
Pənah Bağırovu öldürən şəxslər onun telefonunu aparıblar
Dünət Hövsan qəsəbəsində qətl baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib. Qalib Bağırov Taxıl Kombinatının direktoru olub.
Törədilən qətlin bəzi təfərrüatları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsi, Bağlar massivində qeydə alınıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə qətlə yetirilən şəxs taxıl kombinatının direktoru olub.
Ailəli olsa da Bağırov çox vaxt bağ evində qalırmış. Ailəsi isə Hövsanda bina evində yaşayıb. Oğlu Pənah Bağırov Sabunçu rayon 30-cu polis bölməsinin əməkdaşlarına atasının bağ evində tək yaşadığını deyib. O qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi barədə ehtimalının olmadığını deyib. Pənah Bağırovun sözlərinə görə, hadisəni törədən şəxslər evin altını üstünə çeviriblər. Artıq mərhumla əlaqəsi olan bütün şəxslər 30-cu polis bölməsin dəvət olunub.
Qeyd edək ki, evdən heç nə aparılmasa da, hadisə yerindən mərhum Qalib Bağırova məxsus mobil telefon tapılmayıb. Ehtimala görə, Bağırovun öldüyünü güman edən şəxslər izi itirmək məqsədilə onun mobil telefonunu özləri ilə aparıblar.
Direktorun qətli ilə bağlı 2 maddəylə cinayət işi açıldı
Bakı şəhər Prokurorluğundan Lent.az-a daxil olan məlumatda bildirilir ki, Suraxanı rayonu Hövsan qəsəbəsində, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırovun üzərində xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib. Dərhal polis və prokurorluq əməkdaşlarının, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat