Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib





Bakı şəhər, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 8 ədəd elektrik sayğacı yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.