Qətər sahillərində naməlum tankerə bir neçə mərmi zərbəsi endirilib.
Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı məlumat yayıb.
“UKMTO Mədinət-əş-Şamal şəhərindən 51 dəniz mili şimalda baş verən insident barədə informasiya alıb. Tanker bir neçə mərminin hücumuna məruz qalıb. Xəsarət alanların olduğu deyilir”, - deyə bildirilib.
İstintaq başladılıb, lakin hadisə ilə bağlı təfərrüatlar açıqlanmayıb.