Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!

Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çeçen döyüşçüsü, orta çəkidə UFC titulunun keçmiş sahibi Həmzət Çimayev 84 kq-da çəki çempion, amerikalı Şon Striklendə revanş döyüşünü qəbul edəcəyi təqdirdə 1 milyon dollar təklif edib.

Sherg.az Bakupost.az-a istinadən xəbər verir ki, Çimayev döyüş yerinin onun üçün fərq etmədiyini vurğulayıb:

“Striklend, sənə 1 milyon dollar ödəyəcəyəm. Mənə yeri de və döyüşək. Qəfəsdə olub-olmamağının fərqi yoxdur”.

Qeyd edək ki, UFC 328-in əsas döyüşündə Həmzət Şon Striklendlə səkkizbucaqlını bölüşmüşdü. Bu döyüşdə Həmzət rəqibinə məğlub olmuşdu.