ABŞ Prezidenti Donald Tramp Nobel sülh mükafatına layiq görülməməsinin Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacağını bildirib.
Axar.az xəbər verir ki, Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib:
“Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.
Prezident həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.
Qeyd edək ki, 2026-cı il Nobel sülh mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.