Bakıdakı otellərdən birində qadın gənc sevgilisini qətlə yetirib
07:08 26.06.2018
Arxiv
475
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətlə yetirilən gənc oğlanın adı məlum olub.
"Report"un xəbərinə görə, bu, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevdir.
*** saat 07:52
Bakı. 26 iyun. REPORT.AZ/ Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
G.Əliyeva ilkin ifadəsi zamanı sevdiyi oğlanın ona təcavüz edərək bakirəliyinə pozduğunu və bu səbəbdən ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın vədinə xilaf çıxdığını görərək onu öldürmək qərarına gəlib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb. G.Əliyeva və "Qrand" otelin rəhbərliyi saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat