Bakının kənar küçə və prospektlərində panduslar quraşdırılacaq (FOTO)
13:09 28.06.2018
Arxiv
634
Paytaxtda 1000-dən çox piyada keçidində panduslar quraşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla da, əsasən mərkəzi yollarda fiziki imkanları məhdud şəxslərin kənar yardıma ehtiyac olmadan hərəkəti üçün uyğun şəraitin yaradılması təmin edilib.
Dövlət başçısının tapşırığına əsasən, həyata keçirilən bu layihə çərçivəsində işlər hazırda da davam edir. Növbəti mərhələlərdə şəhər məkəzindən kənar küçə və prospektlərdə də analoji tədbirlərin icrası nəzərdə tutulub. Beynəlxalq standartlara uyğun quraşdırılan panduslarla yanaşı piyada keçidlərinin ətrafındakı səkilər dəmir məhəccərlə əhatələnir. Məqsəd, piyadaların yolu müəyyən olunmuş hissədən keçməsini stimullaşdırmaqdır.
Piyada təhlükəsizliyi ilə bağlı tətbiq edilən digər bir yenilik isə səkilərdə qoruyucu tumbaların quraşdırılmasıdır. Qoruyucu tumbalar müxtəlif səbəblərdən idarəetmədən çıxan avtomobillərin səkidə hərəkət edən piyadaları vurmasının qarşısını almaq üçün çox səmərəli vasitədir. Bu tumbalar bəzi yerlərdə, xüsusən də pandus olan səkilərdə həm də avtomobillərin səkilərə parklanma üçün daxil olmasının qarşısını alır. Dünyanın avtomobilləşmiş ölkələrinin təcrübəsinə diqqət etdikdə məlum olur ki, piyadaların səkidə avtomobillə vurulması halları da kifayət qədər tez-tez baş verir. Ona görə də buna zərurət olan yerlərdə quraşdırılan qoruyucu tumbalar səkidə hərəkət edən piyadanın daha etibarlı mühafizə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət