“Barselona” “Tuluza”ın futbolçusunu transfer edib




İspaniyanın "Barselona" klubu Fransanın "Tuluza" komandasının yarımmüdafiəçisi Jan-Kler Todibonu transfer edib.

AZƏRTAC klubun rəsmi "Twitter" səhifəsinə istinadla xəbər verir ki, 19 yaşlı gənc futbolçu kataloniyalılar ilə 4,5 illik müqavilə imzalayıb.

Daha əvvəl bildirilmişdi ki, Todibo yay transfer pəncərəsindən komandaya transfer olunacaq, ancaq klublar razılığa gələrək keçidi reallaşdırıblar. Jan-Kler Todibo klubda 6 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, gənc futbolçu "Tuluza" klubunun yetirməsidir. O, cari mövsümdə 10 oyunda meydana çıxıb və 1 qol ilə yadda qalıb.