Baş nazir Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib
13:53 03.06.2019
Arxiv
614
Baş nazir Novruz Məmmədov AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudova telefonla zəng edərək institutun fəaliyyəti ilə maraqlanıb.
Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən "Sherg.az"a verilən məlumata görə, baş nazir telefon danışığı zamanı institutun fəaliyyətini yüksək qiymətləndirib.
Yaqub Mahmudov bu telefon danışığı barədə tarixçi alimlərə Elmi Şuranın iclasında ətraflı məlumat verib:
"Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. Bununla əlaqədar olaraq baş nazir Novruz Məmmədov tarixçiləri təbrik edərək, onlara uğurlar arzulayıb”.
Akademik deyib ki, Azərbaycan tarix elmində azərbaycançılıq məfkurəsinə əsasən konseptual dəyişikliklər gedir. Baş nazir institutda Qarabağ, Naxçıvan və İrəvan xanlığının, Azərbaycan xalqına qarşı soyqırımlarının və itirilmiş torpaqlarımızın tarixinin araşdırılmasını yüksək dəyərləndirib və tarixçilərə dəstək olacağını bildirib.
Yaqub Mahmudov qeyd edib ki, Tarix İnstitutunun fəaliyyəti ölkə rəhbərinin daim diqqət mərkəzindədir:
"Prezident İlham Əliyev institutu Azərbaycanda tarix üzrə araşdırmaların mərkəzi adlandırıb. Novruz Məmmədov institutda aparılan araşdırmaları, o cümlədən 26 Bakı komissarının fəaliyyətinə yeni baxışı Azərbaycan dövlətinin mənafeyinə tamamilə uyğun olduğunu bildirib”.
İclasın sonunda Elmi Şuranın üzvləri yekdilliklə baş nazirin xüsusi diqqətinin onları yeni araşdırmalara ruhlandıracağını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol