Başı bədənindən qopmuşdu

2 min il əvvəlki bəxtsizlik ortaya çıxdı
Müasir İtaliya sərhədləri içində qalan antik yunan şəhəri Pompeydə dünyanı təəccübləndirən bir kəşf edilib. İtalyanın ANSA xəbər agentliyinin məlumatına görə, tapılan skeletin sahibinin miladdan sonra 79-cu ildə öldüyü təxmin edilir. 
Ayağından problem yaşayan 35 yaşlarındakı əlil adamın Vezüv Yanardağının partlaması zamanı qaçmağa çalışarkən öldüyü bildirilir. 2 min il əvvəlki bəxtsizlik beləcə ortaya çıxıb. Təxminən 300 kilo ağırlığında qayanın adamın başını qopardığı da tədqiqat zamanı ortaya çıxıb. Pompeydəki arxeoloji qazıntının rəhbəri Massimo Osanna, kəşfi "dramatik və istisna” sözləriylə ifadə edib. Miladdan sonra 79-cu ildəki partlayışda təxminən 30 min insanın öldüyü təxmin edilir.
Napoli yaxınlığındakı antik şəhəri hər il yüz minlərlə turist ziyarət edir.
Turan