Başının yarısı olmadan doğuldu

Hindistanın şimalında yerləşən Uttar Pradeş əyalətində doğulan "möcüzə körpə" bütün səylərə baxmayaraq qurtarıla bilmədi. Körpə həyatda yalnız 48 saat qalıb. 
Tezisidə Rani adlı 32 yaşlı qadın keçən çərşənbə axşamı günü normal doğuşla bir körpə dünyaya gətirdi. Şok  görünüşü səbəbiylə "möcüzə körpə" adlandırılan talehsiz uşağın başının bir hissəsi yox idi və gözləri partlayacaq kimi görünürdü. Körpənin vəziyyətini eşidən insanlar möcüzə körpəni görmək üçün Sai adlanan doğum evinə axın etdilər. Ancaq doğuşdan iki gün sonra "möcüzə körpə" ürək çatışmamazlığı nəticəsində həyatını itirdi.(milliyet.com)
Qadın xəstəlikləri mütəxəssisi Dr. Kusum Lata, yaşanan qeyri-adi hadisənin ananın hamiləlik zamanı səhv və nizamsız qidalanma vərdişindən qaynaqlandığını söyləyir. Körpənin beyninin ana bətnində olarkən baş verdiyi və doğuşdan cəmi iki gün həyatda qala bildiyi açıqlandı.
Əvvəl üç sağlam uşaq dünyaya gətirən Raninin, doğuşda çox zorlandığı və qan itirdiyi ifadə edildi.