“Batumi Post” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:31 20.01.2016
Arxiv
499
Batumidə yayımlanan "Batumi Post” qazetində Baş konsul Rəşad İsmayılovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilib.
Lent.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, 1990-cı ilin "Qanlı Yanvarı” kimi tanınan hadisələr respublika üzərində Sovet nəzarətinə son qoyan bir qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.
20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən baş konsul diqqətə çatdırıb ki, 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən ikili standart tətbiq edilərək Ermənistanın haqsız iddialarına dəstək verməsi və buna etiraz əlaməti olaraq, Azərbaycan xalqının meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi, totalitar sovet rejimi tərəfindən amansız qətliama səbəb olmuşdur.
Məqalədə bildirilir ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilməmiş və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşmuşdur.
Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Azərbaycan xalqı şəhidlərin xatirələrini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.
Məqalənin tam mətnini həmçinin, "Batumi Post” qəzetinin saytında izləyə bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət