Baxçalı: "Qaldırın bu TRT mikrofonunu"




MHP lideri Dövlət Baxçalı, seçki işləri daxilində millət vəkili namizədi olduğu məmləkəti Osmaniyəyə  gəlib. Dövlət Baxçalı, bələdiyyə ziyarətindən sonra  Türkiyə Hərb Malılı Qazilər Şəhid Dul və Yetimləri Dərnəyi Osmaniyə şöbəsinə baş çəkib. Burada qazilər və şəhid ailələriylə bir araya gələn Baxçalı onların problemlərini və istəklərini dinləyib. Baxçalıya dərnəyin işləri haqqında məlumat verən şöbə rəhbəri Durmuş Öksüz,  son zamanlarda artan terror hadisələrində Osmaniyədə 10 təhlükəsizlik işçisinin şəhid olduğunu xatırladıb. O, ayrıca dərnək işləri zamanı bir avtobusa ehtiyac duyduqlarını qeyd edərək  Baxçalıdan dəstək istəyib. Dövlət Baxçalı da "Bu mövzuda sənə köməkçi olacağam, mən həll edəcəyəm bunu" deyib.
Dövlət Baxçalı daha sonra ziyarətlə əlaqədar bir açıqlama verdiyi zaman masaya qoyulan kanal və xəbər agentliklərinin mikrofonları arasında TRT-in mikrofonunu görüncə "Qaldırın bu TRT-in mikrofonunu" deyərək reaksiya verib. Bundan sonra  TRT müxbiri mikrofonu götürərək çölə çıxıb.

BUNLARIN HESABI SORUŞULACAQ

Baxçalı daha sonra bunları söyləyib: "Ağrımız çox böyükdür. Osmaniyə çox şəhid verən bir yurd olaraq diqqət çəkməkdədir. Osmaniyə şəhid ailələrimiz çox səbirli və soyuqqanlıdır. Ailələr olsun, yaxınları olsun, çox böyük səbir və soyuqqanlılıqla qarşılamaqdadır və inşallah gün gələcək bütün bunların hesabı soruşulacaq. Buna heç kimin şübhəsi olmasın. Allah bundan sonrasını verməsin. Dərnək başçımız Durmuş  bəy çox rahat bizi araya bilərsiniz. Osmaniyədəki təşkilatımızı və bələdiyyə başçımızı, həm də Ankarada məni araya bilərsiniz. Şəhid ailələrimizin problemlərini, şəhidlərimizin qalan övladlarının  təhsili və problemləri mövzusunda da köməkçi ola biləcəyimizi bilmənizi istəyirəm."