Belə tualet gördünüzmü?

İctimai medianı ayağa qaldırdı



Taylandın Chon Buri şəhərində olan bir tualetin kanalizasiya sisteminin birbaşa dənizə bağlanması ictimai medianı ayağa qaldırdı.

Chon Burid şəhərinin Bang Saen sahilindəki ümumi tualetdə çəkilən şəkillərdə açıqca görünür ki, tualetdən axan hər şey borularla dənizə boşaldılır. Bu hadisə bir istifadəçinin Taylandın

məşhur Pantip.com adlı veb saytında paylaşdığı şəkillərlə gündəmə gəldi və bir anda ictimai mediada milyonlarla adam tərəfindən oxundu. Həm dənizin bu şəkildə çirklədilməsi, həm də tualetin qapalı olmaması bütün diqqətləri çəkdi. Şəkillərə insanların verdiyi şərhlərdəki ortaq məxrəc isə bələdiyyənin bu qədər ictimai bir yeri təftiş edə bilməməsi, ya da təftiş etməmək üçün rüşvət almasıdır. Sahə səlahiyyətlilərinin bu hadisə ilə əlaqəli hansı tədbirlər görəcəyi maraqla gözlənilir.