“Beşiktaş” Çexi istəyir

“Qara-ağlı” tərəfdarlar ingilis qapıçını mesaj yağışına tutdu



"Beşiktaş” rəhbərliyi, yeni mövsümdə Vodafone Arenada tarixi müvəffəqiyyətlərə imza atacaq bir heyət qurmaq üçün indidən düyməni basması tərəfdarın həyəcanına səbəb olub.

Bütün planlarını yeni stadionuna çempion olaraq dönüb, Nəhənglər Liqasına birbaşa qatılmaq üçün edən "qara-ağlı” idarəçilərin, "Çelsi”li Petr Çex üçün nəbz yoxlaması və ingilis klubunun da buna müsbət yanaşmasının ardından dövrəyə 12 adam girdi. İngilis mətbuatına əks olunan,

"Çelsi”, 1 il daha müqaviləsi olmasına baxmayaraq komandadan ayrılmaq istəyən Petr Çexi son dövrdə yaxın əlaqələrinin olduğu "Beşiktaş”a uyğun bir əvəzlə vermək istəyir” xəbərlərinin ardından "qara-ağlı” futbolsevərlər, təcrübəli qapıçıya ictimai media üzərindən təzyiqə başladı.

Twitterdəki hesabını aktiv olaraq istifadə edən 32 yaşındakı qapıçıya, son günlərdə sanki mesaj yağdıran "Beşiktaş”lılar, Avropanın bir neçə komandasının da arxasında olduğu oyunçunun, "qara-qartal”ı seçməsi üçün əlindən gələni edir. Hədəfində digər klubların da olduğunun əksinə "Beşiktaş” cəbhəsindən böyük maraq görən Çexin, bu vəziyyətdən ötəri məmnun olduğu öyrənildi.

"Qara-ağlı” tərəfdarlar, mövsüm başında yenə "Çelsi”dən komandaya qazandırılan Demba Banın transferində böyük rol oynamışdı. Twitter və Instagram üzərindən ulduz qolçunu davamlı mesaj yağışına tutan "Beşiktaş”lı futbolsevərlər, müvəffəqiyyətli oyunçunun "Qarta”la gəlməsində bir nömrəli faktor olmuşdu. Demba Ba da, transferinin ardından etdiyi şərhdə, "Tərəfdarların marağı inanılmaz dərəcədə idi. Bu sevgini görüncə "Beşiktaş”a getməyə qərar verdim” ifadələrini istifadə edərək 12 adamın transferində əhəmiyyətli bir faktor olduğunu təsdiqləmişdi.