Bəxtiyar Vahabzadənin kürəkəni Seymur Baycanı döyməklə hədələdi
12:52 26.01.2016
Arxiv
751
"Seymur Baycan yəqin ki, psixdir, ya da Azərbaycan xalqının düşməni”.
moderator.az-ın xəbərinə görə, bunu xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni, 5 saylı xəstəxananın baş həkimi Ziya Əsədov deyib.
Seymur Baycanın sosial şəbəkədə xalq şairi Bəxtiyar Vahabzadə haqqında yazdığı ifadələrə münasibət bildirən Ziya Əsədov Seymurun bununla gündəmdə qalmaq istədiyini bildirib:
"Elə yazı var ki, onu yazdırırlar, elə yazı da var ki, arxasında başqası durur, başqasının fikrini çatdırır. Amma burdan görünür ki, bu adam psixdir, özü-özünü inkar edən yazı yazıb. Elə adamlar var ki, böyük adamlara sataşmaqla məşhurlaşmağa çalışırlar. Deyərdim ki, bunu ermənilər yazdırıb, inanmıram. Deyərdim ki, MTN tərəfindən yazdırılıb, inanmıram. Deyərdim ki, Bəxtiyar Vahabzadəni düşmən hesab edənlər yazdırıb, buna da inanmıram. Demokratik dövlətik, respublikayıq, Seymur Baycanın öz fikrini bildirib vicdansızlıq etməyinə dəyməz. Bəxtiyar Vahabzadənin hansısa şeirini bəyənməmək olar, hansısa səhvini demək olar. Amma Bəxtiyar Vahabzadənin vətənpərvər ağsaqqal, ədalətli, haqqın tərəfində duran insan olduğunu danmaq olmaz. Seymur bilər, Allahı bilər!”
Daha sonra Ziya Əsədov Seymur Baycanı psixoloji yoxlamadan keçirməyin lazım olduğunu vurğulayıb: "Elə adamlar var ki, məsələn, qırmızı rəngli qələmi göstərirsən və qırmızı olub-olmadığını soruşursan, yox cavabı verir. Boğazından yapışıb boğursan ki, ay kişi bu qırmızıdır, boğulsa da qırmızı deyil deyir. Ayağının altına salıb burnunu, ağzını əzirsən, ölümcül hala düşəndə cavab verir ki, niyə məni öldürürsən, guya mən bunun qırmızı olduğunu bilmirəm?! Mən cavan olsaydım bu saat gedib onun ünvanının tapıb döyərdim. Ancaq əgər Bəxtiyar Vahabzadə özü bu həyatda yoxdursa ömrü boyu xidmət etdiyi Azərbaycan xalqı onu müdafiə etməlidir, qohumu, kürəkəni yox. Və inanıram ki, Azərbaycan milləti də onu müdafiə edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi