Beyni burnunun içində inkişaf edib

Gerçək həyatdakı Pinokyo! Ona belə deyirlər. Çünki burnundakı fərqliliklə dünyaya gələn körpə Ollie olduqca çətin günlər yaşayıb.
Talehsiz körpənin burnundakı fərqlilik kəlləsindəki zədə səbəbiylə beyninin burnunun içində inkişaf etməsidir.
Bu yumşaq toxumanı əslində həkimlər hələ 20 həftəlik olanda fərq ediblər. Ancaq vəziyyət doğumla bağla olduğu dəqiqləşib. İngiltərədə yaşayan Ollie Trezise burnundakı qüsurun düzəldilməsi üçün çoxlu sayda ağır əməliyyatlar keçirib. Hələ 9 aylıq olarkən nəfəs alaması üçün çox riskli bir əməliyyata girib.
Uğurlu keçən əməliyyatdan sonra Ollienin başında ziq- zaq izləri qalıb. Ollie indi çox sağlamdır. Cəsur anası Amy Poole bütün bu çətin müddətdə körpəsinin yanından ayırılmayıb. 22 yaşlı ananı indi tək bir şey qayğılandırır. Körpəsi böyüdükcə yaşıdlarının və digər insanlar ona lağ edəndə balasının kədərlənəcəyidir.