“Beyni sulanıb...”

MHP-dən Arıncın "Baxçali nədən subay" zarafatına ağır cavab verildi




Keçmiş baş nazir köməkçisi Bülent Arınçın, Dövlət Baxçalının evlənməməsiylə bağlı zarafatına MHP-dən sərt cavab gəldi. Milliyyətçi Hərəkət Partiyasının (MHP) İstanbuldan seçilən millət vəkili İzzət Ülvi Yönter, keçmiş baş nazir köməkçisi Bülent Arınçın, Dövlət Baxçalı üçün "Bəli” deməmək üçün evlənə bilmədi” mesajına sərt cavab verdi.

"Bu ifadəni istifadə etmək istəmirəm, amma sanıram ki, beyni sulanıb’’ deyə sözə başlayan Yönter, ‘’Sanarım terror təşkilatı PKK-yə dedikləri "təsdiq etlə, bizim "dəvət”lərimizi qarışdırmış, "bəli” cavabını çox çirkin bir üslubla başqanımıza deyib. Yaşa dolmuş insanlara bu tip ifadələr əsla yaraşmır’’ dedi.

Yönter, "Hörmətli Arınçı ağla dəvət edirəm, amma tarazlığını itirdiyi üçün bunu etmək çətin olacaq’’ deyə əlavə etdi. Manisada AKP-nin seçki işləri daxilində işadamları tərəfindən təşkil edilən yeməyə qatılan keçmiş baş nazir köməkçisi Bülent Arınç, Dövlət Baxçalını tənqid etmişdi. Arınç, Baxçalı üçün "Köhnə model avtomobillərə mindikcə sabit şeylərə ilişib qalır. Keçəndə zarafatını edir yoldaşlar. "Zatən hər şeyə "xeyr” dedi, "bəli” deyə bilmədiyi üçün də subay qaldı” deyib. Masaya otursa "bəli” demək məcburiyyətində qalacaq. Mən onların yalançısıyam” deyib.