Bəzi bələdiyyələrin adları dəyişib -SİYAHI
14:55 10.01.2019
Arxiv
356
Prezident İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:
1. "Ağsu rayonu” bölməsi üzrə:
12.15-ci sətirdə "Gürcüvan” sözü hər iki halda "Xanbulaq” sözü ilə əvəz edilsin.
2. "Astara rayonu” bölməsi üzrə:
13.6-cı sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Qamışovka” sözü "Qamışoba” sözü ilə əvəz edilsin.
3. "Goranboy rayonu” bölməsi üzrə:
3.1 23.1-ci sətirdə "Ağamalıoğlu” sözü hər iki halda "Düzqışlaq” sözü ilə əvəz edilsin;
3.2. 23.12-ci sətirdə "Əzizbəyov” sözü hər iki halda "Kəhrizli” sözü ilə əvəz edilsin.
4. "Göygöl rayonu” bölməsi üzrə:
4.1. 25.8-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Xanlar” sözü "Ağdağ” sözü ilə əvəz edilsin;
4.2. 25.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Mixaylovka” sözü "Bənövşəli” sözü ilə əvəz edilsin.
5. "Xaçmaz rayonu” bölməsi üzrə:
5.1. 27.2-ci sətirdə "Alekseyevka” sözü hər iki halda "Çaykənarı” sözü ilə əvəz edilsin;
5.2. 27.26-cı sətirdə "Müqtədir” sözü hər iki halda "İstisu” sözü ilə əvəz edilsin;
5.3. 27.37-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Krasnı Xutor” sözləri "Şıxlı” sözü ilə əvəz edilsin.
6. "Xızı rayonu” bölməsi üzrə:
6.1. 28.2-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Çistı Klyuç” sözləri "Safbulaq” sözü ilə əvəz edilsin;
6.2. 28.10-cu sətirdə "Şuraabad” sözü hər iki halda "Şorabad” sözü ilə əvəz edilsin.
7. "Qazax rayonu” bölməsi üzrə:
33.7-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Kommuna” sözü "Bala Çaylı” sözləri ilə əvəz edilsin.
8. "Quba rayonu” bölməsi üzrə:
36.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Novonikolayevka” sözü "Çaydüzü” sözü ilə əvəz edilsin.
9. "Qusar rayonu” bölməsi üzrə:
37.25-ci sətirdə "Şirvanovka” sözü hər iki halda "Şirvanlı” sözü ilə əvəz edilsin.
10. "Masallı rayonu” bölməsi üzrə:
40.12-ci sətirdə "Kalinovka” sözü hər iki halda "Viləş” sözü ilə əvəz edilsin.
11. "Oğuz rayonu” bölməsi üzrə:
42.3-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Astraxanovka” sözü "Çaldaş” sözü ilə, "Vladimirovka” sözü "Çayqovuşan” sözü ilə əvəz edilsin.
12. "Saatlı rayonu” bölməsi üzrə:
12.1. 43.15-ci sətirdə "Xanlarkənd” sözü hər iki halda "Nabatkənd” sözü ilə əvəz edilsin;
12.2. 43.19-cu sətirdə "Qarayevkənd” sözü hər iki halda "Orta Muğan” sözləri ilə əvəz edilsin.
13. "Samux rayonu” bölməsi üzrə:
13.1. 46.12-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Lüksemburq” sözü "Köbər” sözü ilə, "Qırmızı Samux” sözləri hər iki halda "Qaraağaclı” sözü ilə əvəz edilsin;
13.2. 46.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Əli Bayramlı” sözləri "Sarıqaya” sözü ilə əvəz edilsin.
14. "Şəmkir rayonu” bölməsi üzrə:
14.1. 50.27-ci sətirdə "Qasım İsmayılov” sözləri hər iki halda "Ağlavaşlı” sözü ilə əvəz edilsin;
14.2. 50.31-ci sətirdə "Muxtariyyat” sözü hər iki halda "Qədimqala” sözü ilə əvəz edilsin.
15. "Yevlax rayonu” bölməsi üzrə:
55.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri” sütununda "Bünyadabad” sözü "Yeni Çobankərə” sözləri ilə əvəz edilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya
Azərbaycan XİN Özbəkistanı Milli Günü münasibətilə təbrik etdi
10:39 01.09.2026
Gündəm